Sümük Sınıqlarının Müalicəsi

Sümük Sınıqlarının Müalicəsi: Travmatologiya və Reabilitasiya

Sümük sınıqları kəskin ağrı, hərəkət məhdudiyyəti və ciddi fəsadlarla nəticələnə bilən travmalardır. Xəstəxanamızın Travmatologiya və Ortopediya şöbəsində hər növ mürəkkəb sınıqların (qapalı, açıq, yerdəyişmiş və oynaqlarda yaranan sınıqlar) müasir tibbi protokollarla müalicəsi həyata keçirilir. Bizim məqsədimiz sümüyün anatomik bütövlüyünü bərpa etməklə yanaşı, xəstənin ən qısa zamanda aktiv həyata dönməsini təmin etməkdir.

Sınıqların Müalicəsində Tətbiq Etdiyimiz Metodlar

Sınığın növündən və ağırlıq dərəcəsindən asılı olaraq həkimlərimiz tərəfindən müvafiq müalicə üsulu seçilir:

1
Konservativ Müalicə (Gips tətbiqi)
Yerdəyişməsi olmayan və ya sadə sınıqlar zamanı sümüyün düzgün bitməsi üçün müasir yüngül gips (plastik) və ya xüsusi ortezlərlə immobilizasiya təmin edilir.
4
Minimal İnvaziv Cərrahiyyə
Böyük kəsiklər aparmadan, xüsusi avadanlıqlarla qapalı üsulla sınıqların müalicəsi.
2
Repozisiya
Sümük qəlpələrinin əllə və ya cihaz vasitəsilə anatomik düzgün vəziyyətə gətirilməsi.
3
Cərrahi Müalicə (Osteosintez)
Mürəkkəb və yerdəyişmiş sınıqlar zamanı sümük hissələrinin yüksək keyfiyyətli titan lövhələr, vintlər və ya millər (intramedulyar çubuqlar) vasitəsilə daxildən bərkidilməsi.

Diaqnostika İmkanlarımız

Dəqiq müalicə planı üçün xəstəxanamızda ən son diaqnostika vasitələri mövcuddur:

Rəqəmsal Rentgen: Sınığın yerini və növünü saniyələr içində təyin edir.
Kompyuter Tomoqrafiyası (KT): Oynaqdaxili və çox qəlpəli sınıqların 3D görüntülənməsi üçün.
MRT Müayinəsi: Sümüklə bərabər ətrafdakı bağların, əzələlərin və sinirlərin zədələnməsini yoxlamaq üçün.

Müalicədən Sonra Reabilitasiya

Sümüyün bitməsi prosesi müalicənin yalnız ilk mərhələsidir. Sınıqdan sonra əzələlərin zəifləməməsi və oynaq hərəkətliliyinin itməməsi üçün:

Fərdi fizioterapiya proqramları.
Müalicəvi idman və masaj seansları.
Sümük toxumasının bərpasını sürətləndirən kalsium və vitamin terapiyası təyin olunur.

Niyə Bizim Nevrologiya Şöbəsi?

Sümük toxumasının bərpasını sürətləndirən kalsium və vitamin terapiyası təyin olunur.
Yüksək Keyfiyyətli Materiallar: Əməliyyatlarda istifadə olunan bütün implantlar beynəlxalq sertifikatlı və bədənə uyğundur.
Təcrübəli Cərrahlar: Uzun illər təcrübəsi olan travmatoloq-ortoped heyəti.

Haqqımızda

DNK İstanbul Hospital müasir texnologiyalarla peşəkar həkimlər tərəfindən yüksək keyfiyyətli, etibarlı və beynəlxalq standartlara uyğun tibbi xidmət göstərir hər kəsə.

Əlaqə Məlumatları

Gəncə şəhəri, Şah İsmayıl Xətai pr. 93