Sidik Yolları Xəstəlikləri

Sidik Yolları Xəstəlikləri: Müasir Diaqnostika və Müalicə

Sidik-cinsiyyət sisteminin xəstəlikləri həm kişilərdə, həm də qadınlarda həyat keyfiyyətinə ciddi təsir edən, vaxtında müdaxilə edilmədikdə isə böyrək çatışmazlığına qədər gətirib çıxara bilən problemlərdir. Xəstəxanamızın urologiya şöbəsində sidik yollarının bütün növ iltihabi, infeksion və struktur xəstəlikləri ən müasir üsullarla müalicə olunur.

Tez-tez Rast Gəlinən Sidik Yolu Xəstəlikləri

Biz aşağıdakı patologiyaların diaqnostikası və müalicəsi üzrə ixtisaslaşmışıq:

1
Sidik Yolu İnfeksiyaları (SYİ)
Sistit (sidik kisəsi iltihabı), uretrit və pıyelonefrit (böyrək iltihabı).
3
Sidik Saxlaya Bilməmə (İnkontinensiya)
Xüsusilə qadınlarda rast gəlinən asqırma, öskürmə və ya fiziki gərginlik zamanı sidik qaçırma problemi.
2
Böyrək və Sidik Yolu Daşları
Böyrəkdə, sidik axarında və ya sidik kisəsində yaranan daşların dərman və ya cərrahi yolla xaric edilməsi.
4
Prostat Xəstəlikləri:
Prostatit (iltihab), prostat vəzinin xoşxassəli böyüməsi (adenoma).
5
Sidik Yollarının Daralması (Stenozlar)
Sidik axınını çətinləşdirən anadangəlmə və ya qazanılmış daralmalar.

Hansı Simptomlarda Uroloqa Müraciət Etməli?

Aşağıdakı əlamətlər sidik yollarında problemin olduğundan xəbər verir:

Ağrılı sidik ifrazı: Yanma və göynəmə hissi.
Tez-tez sidiyə çıxma: Xüsusilə gecə saatlarında artan ehtiyac.
Rəng və qoxu dəyişikliyi: Sidiyin bulanıq olması və ya qan izlərinin görünməsi.
Bel və qasıq ağrıları: Böyrək nahiyəsində küt və ya kəskin sancılar.
Tam boşalmama hissi: Sidik ifrazından sonra diskomfortun davam etməsi.

Diaqnostik İmkanlarımız

Dəqiq diaqnoz üçün xəstəxanamızda tətbiq olunan üsullar:

Laborator analizlər: Sidiyin ümumi və mikrobioloji (əkilmə) analizi.
Ultrasəs Müayinəsi (USM): Böyrəklərin, sidik kisəsinin və prostatın vizual qiymətləndirilməsi.
Sistoskopiya: Sidik kanalının və kisəsinin daxildən kamera vasitəsilə incələnməsi.
KT Uroqrafiya: Sidik yollarının 3D görüntülənməsi və daşların dəqiq yerinin təyini.

Müalicə Metodları

Xəstəxanamızda həm terapevtik, həm də minimal invaziv cərrahi üsullar tətbiq edilir:

Lazerlə Daş Qırma (Litoskopiya): Daşların kəsiksiz, qapalı üsulla lazer vasitəsilə parçalanması.
Konservativ Müalicə: Müasir antibiotik və spazmolitik terapiya.
Endoskopik Əməliyyatlar: Sidik yolları daralmalarının və törəmələrinin kəsiksiz müalicəsi.

Haqqımızda

DNK İstanbul Hospital müasir texnologiyalarla peşəkar həkimlər tərəfindən yüksək keyfiyyətli, etibarlı və beynəlxalq standartlara uyğun tibbi xidmət göstərir hər kəsə.

Əlaqə Məlumatları

Gəncə şəhəri, Şah İsmayıl Xətai pr. 93