Uşaq Sağlamlıq Müayinəsi: Gələcəyimizi Birlikdə Qoruyaq
Uşaqlar davamlı böyümə və inkişaf prosesində olduqları üçün onların sağlamlığına müntəzəm nəzarət edilməsi vacibdir. Uşaq Sağlamlıq Müayinəsi (Check-up), uşağınızın fiziki, psixi və sosial inkişafını izləmək, gizli gedən xəstəlikləri vaxtında aşkar etmək və gələcəkdə yarana biləcək problemlərin qarşısını almaq üçün nəzərdə tutulmuş kompleks profilaktik baxışdır.
Uşaq Check-up Proqramına Nələr Daxildir?
Xəstəxanamızda uşaqların yaşına uyğun (körpə, məktəbəqədər və məktəbli dövrü) fərdi müayinə paketləri təklif olunur:
1
Pediatrın konsultasiyası
Ümumi fiziki inkişafın (çəki, boy, baş çevrəsi) qiymətləndirilməsi.
4
Stomatoloji baxış
Dişlərin və ağız boşluğunun sağlamlığı.
2
Göz müayinəsi
Görmə qabiliyyətinin və göz dibinin yoxlanılması.
5
Laborator analizlər
Qanın və sidiyin ümumi analizi, qurd yumurtalarının təyini, qanda dəmir və vitamin səviyyəsinin ölçülməsi.
3
LOR müayinəsi
Eşitmə, burun-boğaz və udlaq vəziyyətinin analizi.
6
USM müayinəsi
Qarın boşluğu orqanlarının ultrasəs diaqnostikası.
Müntəzəm Müayinənin Əhəmiyyəti
Uşaq yaşlarında aparılan profilaktik müayinələr aşağıdakı riskləri minimuma endirir:
İnkişaf ləngiməsi: Fiziki və ya əqli inkişafın yaşına uyğun olub-olmamasının təyini.
Anemiya (Qanazlığı): Uşaqlarda tez-tez rast gəlinən dəmir çatışmazlığının erkən aşkarı.
Duruş pozğunluqları: Skolioz və yastıpəncəliyin erkən mərhələdə müəyyənləşdirilməsi.
İnfeksion xəstəliklər: İmmunitetin vəziyyəti və peyvənd təqviminin izlənilməsi.
Nə Zaman Müayinədən Keçməli?
Yenidoğulmuşlar: Hər ay mütəmadi nəzarət.
1-6 yaş arası: İldə ən azı 2 dəfə.
Məktəb dövrü (6-18 yaş): İldə ən azı 1 dəfə kompleks müayinə.
Niyə Bizim Pediatriya Şöbəsi?
Uşaqlar üçün Dost Şərait: Müayinələrimiz uşaqlarda qorxu yaratmadan, oyun şəraitində keçirilir.
Peşəkar Pediatr Heyəti: Təcrübəli uşaq həkimləri və dar ixtisas mütəxəssisləri.
Müasir Laboratoriya: Uşaqlar üçün ağrısız və kiçik həcmdə qan nümunəsi götürülməsi texnologiyası.
Vaksinasiya mərkəzi: Beynəlxalq standartlara uyğun, yüksək keyfiyyətli peyvəndlərin tətbiqi.