EKQ Müayinəsi

EKQ Müayinəsi: Ürəyinizin Elektrik Xəritəsi

EKQ (Elektrokardioqramma) – ürək əzələsinin işi zamanı yaranan elektrik impulslarının qeydə alınması üsuludur. Bu, kardiologiyada ən sadə, sürətli və eyni zamanda ən informativ ilkin müayinə metodudur. EKQ vasitəsilə ürəyin ritmi, keçiriciliyi və əzələsinin vəziyyəti haqqında mühüm məlumatlar əldə edilir.

EKQ Müayinəsi Hansı Hallarda Zəruridir?

Aşağıdakı hallarda mütləq EKQ müayinəsindən keçmək tövsiyə olunur:

1
Döş qəfəsində ağrı
Ürək nahiyəsində sıxılma, yanğı və ya küt ağrılar.
4
Yüksək arterial təzyiq
Hipertoniya xəstələrində ürəyin yüklənməsini yoxlamaq üçün.
2
Nəfəs darlığı
Təngnəfəslik və fiziki gərginlik zamanı tez yorulma.
5
Başgicəllənmə
Qəfil halsızlıq və ya huşun itməsi halları.
3
Ritm pozğunluğu
Ürəyin çox sürətli, çox yavaş və ya qeyri-müntəzəm vurması hissi.
6
Profilaktik yoxlanış
Heç bir şikayət olmasa daxil, ildə bir dəfə check-up məqsədilə.

EKQ vasitəsilə Nələri Aşkar Etmək Olar?

Bu qısa müayinə həkimə aşağıdakı diaqnozları qoymağa kömək edir:

Aritmiyalar: Ürək ritminin müxtəlif növ pozğunluqları.
Miokard İnfarktı: Ürək əzələsinin zədələnməsi və ya qan təchizatının kəskin pozulması (işemiya).
Ürək blokadaları: Elektrik siqnallarının ürək daxilində hərəkətinin ləngiməsi.
Hipertrofiya: Ürək divarlarının qalınlaşması və ya boşluqların genişlənməsi.

Müayinənin Üstünlükləri

Sürətlidir: Prosedur cəmi 5-10 dəqiqə vaxtınızı alır.
Dərhal Nəticə: Müayinə bitən kimi kardiogramma çap olunur və həkim tərəfindən şərh edilir.
Zərərsizdir: Heç bir şüalanma və ya ağrı yoxdur, hər yaşda insana tətbiq oluna bilər.
Hazırlıq Tələb Etmir: Müayinədən əvvəl xüsusi pəhrizə və ya hazırlığa ehtiyac yoxdur.

Niyə Bizim Xəstəxana?

Xəstəxanamızda EKQ müayinəsi yüksək dəqiqlikli rəqəmsal cihazlarla həyata keçirilir. Bu cihazlar ən kiçik ritm dəyişikliklərini belə qeydə alır. Təcrübəli kardioloqlarımız nəticələri dərhal analiz edərək, ehtiyac olduqda əlavə müayinələr (Holter və ya Ürək USM) və müalicə planı təyin edirlər.

Haqqımızda

DNK İstanbul Hospital müasir texnologiyalarla peşəkar həkimlər tərəfindən yüksək keyfiyyətli, etibarlı və beynəlxalq standartlara uyğun tibbi xidmət göstərir hər kəsə.

Əlaqə Məlumatları

Gəncə şəhəri, Şah İsmayıl Xətai pr. 93